ABŞ-ın Ermənistana dəstəyinə Rusiyadan reaksiya

09:10 - 15 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ-ın Ermənistana dəstəyinə Rusiyadan reaksiya

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına yönəlib.

BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski çıxış edib.

"Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, söhbət Ermənistanın Rusiya ilə deyil, ABŞ ilə tərəfdaşlığından getməlidir. İndi Vaşinqton İrəvana kömək etməyə hazırdır, açıq-aydın Rusiya əleyhinə tramplin olacaq yeni bir dövlət yaratmaq arzusundadır", - komitə rəhbəri vurğulayıb.

O qeyd edib ki, Kiyevə də analoji yardım təklif olunub:

"İndi Ukrayna öz suverenliyini, bir çox vətəndaşını itirərək ABŞ-ın marionetinə çevrilib".

Qeyd edək ki, ötən gün Yuri Kim Ermənistanın Rusiyaya qarşı ABŞ-ın partnyoru olmaqla bağlı real qərar qəbul etməli olduğunu bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol