Qazaxıstanda Türkiyə PUA-sı istehsal olunacaq

11:26 - 15 Sentyabr 2023 - GÜNDƏM

 Qazaxıstanda Türkiyə PUA-sı istehsal olunacaq

Hazırda Türkiyə şirkətləri ilə Qazaxıstanda PUA istehsalı üzrə müştərək müəssisənin yaradılması istiqamətində iş aparılır.

BUTA.TV xəbər verir ki, bunu Qazaxıstanın müdafiə nazirinin müavini Sultan Kamaləddinov deyib.

O bildirib ki, son silahlı münaqişələrin təhlili PUA-dan istifadənin aktuallığını göstərir:

“Biz bunu başa düşürük və müvafiq tədbirlər görürük. Bu gün İsrail və Çində istehsal olunan PUA-larımız var, türk şirkətləri ilə birgə müəssisə yaratmaq istiqamətində işlər gedir. Amma məncə, müvafiq dövlət qurumu tərəfindən buna daha aydın münasibət bildiriləcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol