400-ə yaxın erməniəsilli şəxsin tutulması… - Kamran Əliyev

16:00 - 15 Sentyabr 2023 - GÜNDƏM

 400-ə yaxın erməniəsilli şəxsin tutulması… - Kamran Əliyev

Axtarışda olan 400-ə yaxın erməniəsilli şəxsin tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib.

BUTA.TV xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan kütləvi məzarlıqlarla və xəritələrlə bağlı Azərbaycana məlumatları vermir:

"Verilən xəritələrin böyük əksəriyyəti də reallığı əks etdirmir. Lakin biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hazırda axtarışda 400-ə yaxın erməniəsilli şəxs var. Onların tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib. Ümidvaram ki, bu istiqamətdə müsbət nəticələr əldə olunacaq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol