Tanqo yaxşıdır, ancaq Ukrayna qopakı unutmamalıdır

16:14 - 15 Sentyabr 2023 - GÜNDƏM

 Tanqo yaxşıdır, ancaq Ukrayna qopakı unutmamalıdır

Moskva heç vaxt Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib. Amma Kiyev danışıqlara hazır olması barədə birbaşa danışmalıdır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz heç vaxt danışıqlardan imtina etməmişik, ona görə də qarşı tərəf istəyirsə, desin. Mən bunu deyirəm, amma qarşı tərəfdən heç nə eşitmirəm”, - o bildirib.

Rusiya Prezidenti indi “konstruktiv diplomatiya”da maraqlı olmadığını deyən ABŞ Dövlət katibi Entoni Blinkenin sözlərinə də münasibət bildirib. Blinken Putinin danışıqlar istəmədiyinə işarə ilə, “Tanqo üçün iki nəfər lazımdır” demişdi.

Cavabında Putin vurğulayıb ki, tanqo yaxşıdır, lakin Ukrayna üçün qopakı (Ukraynanın milli rəqsi – red.) unutmamaq vacibdir:

“Əks halda onlar həmişə başqasının melodiyasına rəqs edəcəklər. Bu və ya digər şəkildə hamı xanım kimi rəqs etməli olacaq. Amerikalılara gəlincə, onlar tanqonu necə rəqs edəcəyini bilmirlər. Bu heyrətamiz musiqi, gözəl hərəkətlərdir. Lakin Vaşinqton hər şeyi - iqtisadi sanksiyalar və ya maliyyə məhdudiyyətləri, hərbi güc tətbiq etmək hədəsi və ya güc mövqeyindən istifadə etməklə həll etməyə çalışır. Kiməsə öyrətməyə çalışırlar, amma özləri bunu necə edəcəklərini bilmir və ya etmək istəmirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol