Avropa Birliyi (AB) İranı ölüm hökmünü ləğv etməyə və məhbuslara qarşı lazımi hüquqi prosesləri başlatmağa çağırıb.
BUTA.TV xəbər verir ki, AB bununla bağlı bəyanat yayıb.
Məlumata görə, AB-nin bəyanatında ötən il İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalan Məhsa Əmininin ölümündən danışılıb və bu hadisənin İranda daxili etirazları daha da gücləndirdiyi vurğulanıb.
Qeyd edək ki, İranda ötən ay 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...