Xaçmazda uçan körpü ilə bağlı qərargah yaradıldı

20:24 - 15 Sentyabr 2023 - GÜNDƏM

 Xaçmazda uçan körpü ilə bağlı qərargah yaradıldı

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin mərkəzindən keçən Qudyalçay körpüsünün aşdığı ərazidə qərargah yaradılıb.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, qərargahda Xaçmaz Rayon İcra Hakimiyyəti, FHN və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları növbəli şəkildə xidmət aparırlar.

Hadisə nəticəsində çaya düşərək sel suları içərisində qalan "VAZ-2106" markalı avtomobil xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə üç avtomobilə zərər dəyib.

Sözügedən körpünün aşması nəticəsində 98 yaşayış məntəqəsində 97 min əhalinin Xaçmaz-Xudat və digər ərazilərlə əlaqəsi kəsilib.

Eyni zamanda hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Bu səbəbdən hminik avtomobilləri və marşrut avtobusları alternativ olaraq Quba-Xaçmaz, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu və ya Xaçmaz rayonunun Kohnə-Xaçmaz kəndi daxilindən keçməklə hərəkətlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol