Babayanın dəstəsi tələb edir: Qarabağdan çıxırıq - Qarşıdurma

23:46 - 15 Sentyabr 2023 - GÜNDƏM

 Babayanın dəstəsi tələb edir: Qarabağdan çıxırıq - Qarşıdurma

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə qalxıb.

BUTA.TV xəbər verir ki, yeni separatçıbaşı Samvel Şahramanyanı qəbul etməyən Samvel Babayan və tərəfdarları Xankəndinin mərkəzi meydanında aksiya keçiriblər.

Aksiyada Samvel Şahramanyanla kəskin ziddiyyətdə olanlar hazırkı siyasətə etiraz olaraq, Ermənistana getmək istədiklərini bir daha elan ediblər. Onlar bunun üçün “humanitar dəhliz” açılmasını tələb ediblər.

Xatırladaq ki, Şahramanyan Ermənistana gedənlərin qarşısını almaq üçün nəzarəti gücləndirmək barədə “tapşırıq” verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol