ABŞ təsdiqlədi: Zelenski bu tarixdə Ağ Evə gəlir

00:54 - 16 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ təsdiqlədi: Zelenski bu tarixdə Ağ Evə gəlir

Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 21-də ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Ağ Evə gedəcək.

BUTA.TV xəbər verir ki, bunu brifinq zamanı ABŞ liderinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, Zelenskinin Baydenlə görüşü Ukrayna üçün kritik vaxta – Rusiyanın genişmiqyaslı savaşı davam etdirmək üçün Şimali Koreyadan yardım almağa çalışdığı dövrə təsadüf edəcək.

O, Zelenskinin gələn həftə Nyu Yorkda BMT Baş Assambleyasına qatıldıqdan sonra Vaşinqtona gələcəyi bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol