"Fitç" (Fitch Ratings) beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-cü ildə inflyasiyanın 10,1 %, 2024-cü ildə isə 6 % olacağını proqnozlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Xatırladaq ki, qurum apreldə bu il qiymət artımının 10,3 %, gələn il isə 7,3 % olacağını bəyan etmişdi.
İnflyasiya proqnozunun azaldılmasına səbəb Azərbaycan manatının Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarının milli valyutalarına nisbətən nominal effektiv bahalaşması və dünyada ərzağın ucuzlaşması ilə bağlıdır.
"Fitç" hesab edir ki, bu ilin sonuna qədər illik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun tavanına (4±2%) yaxınlaşacaq.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...