Ağdaşda 3 tondan artıq çətənə kolu məhv edildi

12:00 - 16 Sentyabr 2023 - GÜNDƏM

 Ağdaşda 3 tondan artıq çətənə kolu məhv edildi

Ağdaşda 3 tondan artıq çətənə kolu məhv edilib.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Qarasuqumlaq və Mürsəl kəndi ərazisində ümumi çəkisi 3 ton 450 kiloqram olan 2124 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Keçirilən tədbir zamanı Qarasuqumlaq və Mürsəl kəndi ərazisində ümumi çəkisi 3 ton 450 kiloqram olan 2124 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol