Əyrivəng istiqamətində mövqelərimiz atəşə tutuldu

21:18 - 16 Sentyabr 2023 - GÜNDƏM

 Əyrivəng istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol