Sentyabrın 16-sı günortadan sonra Saqqız, Tehran, Məşhəd, Kərəc, Kirmanşah, Sənəndəc, Rəşt və başqa bir neçə şəhərdə qrup halında başlayan etiraz aksiyaları axşama doğru genişlənib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media fəalları video və məlumatlar paylaşırlar.
Paylaşılan video-görüntülərdə Kirmanşah şəhərində etirazçılara odlu silahdan atəş açıldığı əks olunub.
Saqqız şəhərində bir nəfərin güllə yarası aldığı üçün xəstəxanaya aparıldığı, Kərəcdə isə nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...