Malyar: Bu ərazilərdə qızğın döyüşlər gedir

01:18 - 17 Sentyabr 2023 - GÜNDƏM

 Malyar: Bu ərazilərdə qızğın döyüşlər gedir

Hazırda Baxmutun cənubunda hücum əməliyyatları davam edir, düşmən Donetsk vilayətinin Yaqodnoye və Boqdanovka ərazilərində müdafiəmizi yarmağa cəhd göstərib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, şərqdə hazırda ən aktiv hərbi əməliyyatlar Baxmut istiqamətində aparılır:

"Orada Baxmutun cənubunda hücum əməliyyatları davam edir. Düşmən Donetsk vilayətinin Yaqodnoye və Boqdanovka ərazilərində müdafiəmizi yarıb keçməyə cəhd göstərib. Düşmən Donetsk vilayətinin Marinka bölgəsində uğursuz hücum əməliyyatları həyata keçirib. Düşmən qoşunlarımızı mövqelərindən sıxışdırıb çıxarmağa çalışır. Amma uğursuz olur".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol