Türkiyənin ilk yerli rabitə peyki nə vaxt buraxılacaq?

01:44 - 17 Sentyabr 2023 - GÜNDƏM

 Türkiyənin ilk yerli rabitə peyki nə vaxt buraxılacaq?

Türkiyənin ilk yerli və milli rabitə peykinin buraxılış tarixi məlum olub.

BUTA.TV "Haber Qlobal"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu məlumat verib.

Nazir qeyd edib ki, “Türksat 6A” 42 dərəcə şərq uzunluğunda xidmət göstərəcək.

O, peykin uçuş müddətinin 15 il olacağını və Türkiyənin dünyada rabitə peyki istehsal edən 11 ölkədən biri olacağına diqqət çəkib.

Nazir aparatın 2024-cü ilin fevral ayında buraxılacağını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol