BMT-də islahatlara ehtiyac var - Berbok

18:38 - 17 Sentyabr 2023 - GÜNDƏM

 BMT-də islahatlara ehtiyac var - Berbok

BMT-də əsaslı islahatların aparılması zəruridir.

BUTA.TV xəbər verir ki, bu barədə “Der Şpigel” nəşri yazıb.

XİN başçısının fikrincə, təşkilat daha ədalətli, əhatəli və səlahiyyətlərə malik olmalıdır.

Onun sözlərinə görə, BMT XXI əsrin reallıqlarına uyğunlaşarsa, təşkilat dünya birliyinin problemləri birgə həll ediləcəyi məkana çevrilə bilər.

Qeyd edək ki, bundan öncə təşkilatının rəhbəri Quterreş də Təhlükəsizlik Şurasında ciddi islahatları ehtiyacın olduğunu bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol