Goranboyda avtomobil traktorla toqquşdu: yaralılar var

00:10 - 18 Sentyabr 2023 - GÜNDƏM

 Goranboyda avtomobil traktorla toqquşdu: yaralılar var

Goranboy rayonunun Tatarlı kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, "VAZ-2107" markalı minik avtomobilinin traktorla toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Ələsgərova Təyübə Cəbi qızı, 1992-ci il təvəllüdlü Ələsgərov Toğrul Çapay oğlu, 2001-ci il təvəllüdlü Ələsgərova Arzu Rüfət qızı, 2020-ci il təvəllüdlü, Ələsgərli Aylın Toğrul qızı, 1999-cu il təvəllüdlü Babayeva Aytac Etibar qızı, 1995-ci il təvəllüdlü Ələsgərov Zeynəlabdin Çapay oğlu və daha 1 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol