Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun prezident administrasiyasının məsələsi olmadığını söyləyib.
Peskov Kadırovun ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini bildirib.
Qeyd edək ki, Rusiyanın Teleqram kanalları Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşməsi ilə bağlı məlumatlar yayıb.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...