Ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat müddəti uzadılıb və 20 sentyabr saat 18:00-dək davam edəcək.
BUTA.TV xəbər verir ki, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Məlumat üçün qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin də portal vasitəsilə qeydiyyatı davam edir və 20 sentyabr saat 18:00-da bitəcək. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 25 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...