Daha 28 erməni “Laçın” postundan keçdi

13:14 - 19 Sentyabr 2023 - GÜNDƏM

 Daha 28 erməni “Laçın” postundan keçdi

Bu gün Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 28 nəfərin keçidi olub.

BUTA.TV xəbər verir ki, bu şəxslərdən 5 nəfəri BQXK üzvü, 9 nəfəri sürücü, 7 nəfəri xəstə, 6 nəfəri müşaiyətçi, 1 nəfəri isə tibb işçisi olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol