Hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyirik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da Nyu York şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrdən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.
C.Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi