Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır, lakin rəsmi İrəvan da öz öhdəliklərini yerinə yetirməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində deyib.
O xatırladıb ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara təşəbbüs göstərib: “Azərbaycan sülh gündəmini və Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyir”.
Eyni zamanda, Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirməlidir: “
Birincisi, bütün hərbi qüvvələri Azərbaycan ərazilərindən çıxarmalı, həmçinin qanunsuz marionet rejimin maliyyələşdirilməsini dayandırmalıdır”.
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi