Qarabağdakı vəziyyət yalnız Azərbaycana aiddir, çünki Ermənistan hakimiyyəti müstəqil şəkildə region ərazisinə iddia qaldırmamaq qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Nikulin deyib.
Nikulin vurğulayıb ki, Qarabağdakı döyüş sırf Azərbaycanın daxili məsələsidir:
“Çünki Ermənistan rəhbərliyi özü Qarabağın statusunu kökündən dəyişib. Söhbət Paşinyanın 2022-ci ilin payızında verdiyi bəyanatdan gedir. Bu bəyanata görə Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ümumi ərazisini, yəni 86,6 min kvadratmetr kilomter sahəni tanıyıb. Onlar özləri Qarabağ uğrunda döyüşməkdən imtina edib, özləri təslim olublar. Ermənistan silahlı qüvvələri “soydaşlarının” köməyinə gəlməyib və ona görə də münaqişənin nəticəsi qanunauyğundur”.
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos