Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə danışıqlar zamanı Cənubi Qafqazda “3+3” formatında əməkdaşlığa sadiqliyini təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Şoyqunun sözlərinə görə, “3+3” formatı Qafqaz regionunda problemlərin sülh yolu ilə həlli üçün ən yaxşı yoldur.
Rusiya müdafiə naziri Qafqazda baş verən son hadisələrlə bağlı İranın mövqeyini dəstəkləyib və üçüncü ölkələrin regionda olmasını tənqid edib.
Məhəmməd Rza Aştiani də qeyd edib ki, Qafqaz regionu ölkələrinin ərazi bütövlüyünü qorumaq İran üçün qırmızı xətlərdən biridir.
O, həmçinin Rusiya ilə, o cümlədən Yaxın Şərqdə terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq təcrübəsini yüksək qiymətləndirib.
Qeyd edək ki, “3+3” – Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran formatı Bakının təklifidir.
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat