Azərbaycan öz işini özü həll etməyə məcbur oldu.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək: “Bu isə sülh prosesinə rəvac verəcək”.
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər: "Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm".
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan