Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Liqasının qrup mərhələsinin birinci turunda Azərbaycanın “Qarabağ” və Norveçin “Molde” komandaları arasında keçiriləcək oyun ərəfəsində Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müşahidə edir.
BUTA.TV xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.
“UEFA vəziyyəti müşahidə edir və oyuna ev sahibliyi edəcək ölkə ilə sıx təmasdadır. Hal-hazırda bizim bununla bağlı digər şərhimiz yoxdur”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 21-də “Qarabağ” klubunun Avropa kuboku oyunlarını keçirdiyi Bakıdakı Tofiq Bəhramov adına stadionda baş tutacaq.
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat