Sentyabrın 20-də İran parlamentinin açıq iclasında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı antiterror tədbiribə toxunulub.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İsfahan və İranın cənub bölgəsində yaşayan ermənilərin İran parlamentindəki nümayəndəsi Robert Bəgləryan antiterror tədbirlərinin Rusiya sülhməramlılarının gözü qarşısında həyata keçirildiyi üçün Moskvanı günahlandırıb.
Bəgləryan son 30 il ərzində İran hakimiyyətinin Qafqazda istənilən səviyyədə rol oynaya bilməməsindən də gileylənib. O, İranın Qafqazda baş verən hadisələrdə aktiv rol oynamadığı üçün Rusiyanın bölgədə aktivliyindən təəssüfləndiyini deyib:
“Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dediyi kimi, Rusiyanın gizli razılığı ilə reallaşan Qarabağa hazırkı hücumlar, eləcə də Qarabağın ələ keçirilməsi, NATO-nun marağında olan və əslində, Turanın qurulmasına xidmət edən Zəngəzur dəhlizinin açılmasının başlanğıcıdır”, - erməni millət vəkili iddia edib.
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan