Borrellin BMT-də Qarabağla bağlı çıxışı olacaq

22:38 - 21 Sentyabr 2023 - GÜNDƏM

 Borrellin BMT-də Qarabağla bağlı çıxışı olacaq

Avropa Birliyinin beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Qarabağda antiterror tədbirləri ilə bağlı çıxışı olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Xidməti öz “X” səhifəsində məlumat yayıb.

Bundan əlavə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın da iclasda çıxışı gözlənilir.

Qeyd edək ki, AB diplomatiyasının rəhbəri Jozep Borrell Azərbaycanı antiterror tədbirlərini dərhal dayandırmağa çağırmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol