Biz həmişə demişik ki, istənilən ölkə hansı səviyyədə dəstək verəcəyi ilə bağlı suveren qərar verməlidir.
BUTA.TV xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder Polşanın Ukraynaya silah yardımını dayandırmasını şərh edərkən bildirib.
“Polşa Rusiya işğalı zamanı Ukraynaya təhlükəsizlik yardımı göstərməkdə, nəinki təhlükəsizlik yardımı göstərməkdə, həm də müharibə nəticəsində Polşaya qaçan bir milyondan çox məcburi köçkün ukraynalıya əhəmiyyətli humanitar yardım və dəstək göstərən aparıcı ölkələrdən biri olub", - Rayder bildirib.
Qeyd edək ki, Polşa Ukraynadan taxıl ixracına qadağa qoyub. Buna cavab olaraq, Ukrayna da Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edib.
Polşa baş naziri isə Ukraynaya daha silah tədarük etməyəcəklərini açıqlayıb.
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan