"Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - Video

00:26 - 22 Sentyabr 2023 - GÜNDƏM

Vaxtilə erməni separatçı rejimi tərəfindən talanan "Qızılbulaq" yatağı Azərbaycan Ordusunun nəzarətinə keçib.

BUTA.TV-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı video görüntülər yayılıb.

Görüntülərdə hərbçilərimizin "Qızılbulaq" mis-qızıl yatağına daxil olduğu əks olunur.

Qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin böyük bir hissəsi erməni separatçaları tərəfindən talanıb, ekoloji fəlakət törədilib. Onlar faydalı qazıntı yataqlarımızın, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarını həyata keçiriblər.

Xüsusilə Qızılbulaq qızıl və Dəmirli mismolibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol