ABŞ-da İranın nümayəndə heyəti jurnalistə hücum etdi

13:02 - 22 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ-da İranın nümayəndə heyəti jurnalistə hücum etdi

BMT-nin Nyu Yorkda keçirilən illik toplantısında İran Prezidenti İbrahim Rəisini müşayiət edən nümayəndə heyətinin üzvləri jurnalistlərə hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, İran nümayəndə heyətinin üzvləri xaricdə fəaliyyət göstərən İran hökumətinə müxalif televiziya kanalının jurnalistinə hücum edib, onun telefon və kamerasını əlindən almağa çalışıblar.

Dövlət Departamenti hadisənin araşdırıldığını və hüquqi qiymət veriləcəyini bildirib:

“İran nümayəndə heyətinin üzvü tərəfindən “İran İnternational” televiziyasının müxbirinə təhdid və hücumla bağlı xəbərləri, video-görüntüləri görmüşük. İran nümayəndə heyətinin üzvünün davranışı qəbuledilməzdir”.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib xaricdə fəaliyyət göstərən hökumətə müxalif media əməkdaşlarını təhdid etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol