Mask bu maaşa türkcə bilən işçi axtarır

23:18 - 22 Sentyabr 2023 - GÜNDƏM

 Mask bu maaşa türkcə bilən işçi axtarır

"SpaceX" şirkəti Türkiyədə Starlink internet xidmətini istifadəyə verməyə hazırlaşır. ABŞ-da yerləşən şirkət bu məqsədlə türkcə bilən Starlink nümayəndəsi axtarır.

BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, "SpaceX" "müştəri xidmətləri" və "müştəri nümayəndəsi" adlı vəzifələr üçün iş elanları dərc edib.

Türkiyədə peyk internet infrastrukturunu təmin etmək üçün şirkət türk, həm də ingilis dillərini bilən kadr axtarışına başlayıb. İş elanında əmək haqqı açıqlanıb.

Müvafiq olaraq 10 saatlıq iş üçün gündə 220 və 245 dollar təklif olunur.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskla görüşündə Türkiyənin kosmik proqramının həyata keçirilməsi çərçivəsində "SpaceX" ilə əməkdaşlığın mümkünlüyünü açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol