Naxçıvan DİN-dən uşaq oğurluğu ilə bağlı məlumata reaksiya

10:40 - 23 Sentyabr 2023 - GÜNDƏM

 Naxçıvan DİN-dən uşaq oğurluğu ilə bağlı məlumata reaksiya

Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmədiyi bildirilib.

"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə Vatsap hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Vatsap proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol