Bazar günü hava necə olacaq?

13:08 - 23 Sentyabr 2023 - GÜNDƏM

 Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol