Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Türkiyənin Mərmərə Universitetinin professoru seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə qərar Mərmərə Universitetinin Elmi Şurası tərəfindən verilib.
Eyni zamanda Kamal Abdullanın təşəbbüsü ilə bu universitetdə Dədə Qorqud Mərkəzinin açılması planlaşdırılır. Mərkəzin açılışı ilə bağlı ilkin işlərə başlanılıb.
Kamal Abdulla bildirib ki, Mərmərə Universitetinin Dədə Qorqud Mərkəzində vaxtaşırı olaraq müxtəlif beynəlxalq konfranslar keçiriləcək:
“Bu mərkəzin açılmasında əsas məqsəd odur ki, "Kitabi-Dədə Qorqud"la maraqlanan dünya alimləri bu ideyanın, Dədə Qorqud işığının ətrafında birləşsinlər. Vaxtaşırı beynəlxalq konfranslar, dəyirmi masalar, simpoziumlar təşkil olunacaq. Bu mövzu haqqında yazan görkəmli alimlərin dəvət olunmasını Mərmərə Universiteti öz üzərinə götürüb. Ümid edirəm ki, yeni yaradılmış bu elmi qurum dünyada “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı aparılan tədqiqatların mərkəzinə çevriləcək. Bu mənada bizim əsas işimiz dastanla bağlı tədqiqat aparan Avropa və Amerika alimlərində türk tarixinə, mədəniyyətinə və ədəbiyyatına olan marağı sevgiyə çevirməkdir”.
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos