Moskva ABŞ-ın Rusiyadakı prezident seçkisinə verdiyi qiymətlə razılaşmır və ona qulaq asmağa hazır deyil.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bu qiymətləndirmə ilə qətiyyən razılaşmırıq. Dünən axşam saatlarında jurnalistlərə açıqlama verən Rusiya Prezidenti Vladimir belə qiymətləndirmələrin çox gözlənilən və proqnozlaşdırıla biləcəyini söylədi”, - o bildirib.
Peskov vurğulayıb ki, ABŞ Ukraynadakı münaqişəyə dərindən qarışıb:
“Bu, bizimlə faktiki olaraq müharibə vəziyyətində olan bir ölkədir. Əlbəttə ki, digər qiymətləndirmələri gözləmək olmazdı. Bir daha təkrar edirəm: onlarla qətiyyən razı deyilik. Yəqin ki, bu səsləndirilən sözlər dinləməyə hazır olduğumuz və bu günlərdə bizim üçün vacib olan bir fikir deyil”.
Qeyd edək ki, Vaşinqton Rusiyadakı prezident seçkisinin azad və ədalətli olduğuna inanmadığını bildirib.
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos