İran hökumətinin İrəvanda Azərbaycanın tarixi abidəsi olan Göy məscidi təmir etməsi iranlı müharibə veteranları və qazilərinin etirazına səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə İranın “Dibaçe” saytı məlumat yayıb.
Onlar məscidin İranın Müharibə Veteranları və Qaziləri Fondunun hesabına təmir edilməsini veteran və qazilərə qarşı haqsızlıq adlandırıblar.
“Ölkədə çox sayda müharibə veteranı ağır yaşayış şəraitindən narazı olduğu bir vaxtda Ermənistanın paytaxtı İrəvandakı Göy məscidin İranın Müharibə Veteranları və Qaziləri Fondunun vəsaiti ilə təmir və bərpa edilməsi düşündürücüdür”,- məlumatda bildirilib.
Qeyd edək ki, İran hökuməti 1996-2000-ci illər arası Azərbaycan tarixi abidəsi və memarlıq əsəri olan Göy məsciddə təmir və bərpa adı altında dəyişikliklər aparıb. Abidənin Azərbaycana məxsusluğunu göstərən memarlıq nümunələri dağıdılıb, onu özününküləşdirərək İran memarlıq nümunəsi halına gətirməyə çalışıblar.
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos