Moskvada Crocus City Hall-da baş verən terror aktından sonra baş vermiş yanğın nəticəsində dəyən ziyan təxminən 10 milyard rubl (cari məzənnə ilə 185 milyon manat) təşkil edə bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın sığorta bazarındakı mənbə TASS-a bildirib. "Yanğın nəticəsində Crocus City Hall-un əmlakına dəyən zərər ilkin olaraq 10 milyard rubl qiymətləndirilir. Bina ənənəvi olaraq sığortalanıb", - agentliyin həmsöhbəti bildirib.
Martın 22-də axşam Moskvada Crocus City Hall-da naməlum şəxslər avtomat silahdan atəş açıb, binada partlayış baş verib və yanğın başlayıb. Son məlumata görə, terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.
Crocus City Hall 2009-cu ilin oktyabrında açılıb. 2015-ci ildə Ağalarov RBC-yə müsahibəsində bildirmişdi ki, konsert zalının tikintisi 70 milyon dollara başa gəlib, onun 35%-i kredit vəsaiti olub. Crocus City Hall-un maksimal tutumu 9,5 min nəfəri ötür. 2022-ci ildə zal modernləşdirilib. Həmin binada 225 otaqlı üçulduzlu “Aquarium Crocus City" oteli də fəaliyyət göstərir.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...