Rusiya Federasiyasının mövcud qanunvericiliyi, hətta moratorium olmadıqda belə, terrorçular və pedofillər üçün ölüm cəzasının tətbiqinə icazə vermir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas öz Teleqram kanalında bildirib.
“Ölüm cəzası ilə bağlı müzakirələr getdikcə genişlənir. Hörmətli analitiklər və Teleqram ekspertləri bizi inandırır ki, terrorçuları və pedofilləri edam etmək lazımdır və xalq bunu dəstəkləyəcək, problem yalnız Konstitusiya Məhkəməsindədir. Təsəvvür edək ki, ölüm hökmünə moratorium yoxdur. Konstitusiya və qanunu oxuyun. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi “terror aktı” cinayətinə görə maksimum ömürlük həbs cəzası ilə (bir çox hallarda) məsuliyyət müəyyən edir”, - o bildirib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...