“Krokus”da terror aktında şübhəli bilinən Əlişir Qasımova məxsus “Çayxana” kafesi fəaliyyətini dayandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, kafenin nə vaxt işləyəcəyi ilə bağlı məlumat verilməyib. Kafenin qonşuluğundakı hamam da fəaliyyətini dayandırıb. Hamamın qapısına bu gün bağlı olacağı ilə bağlı elan yapışdırılıb. Hamamın əməkdaşı bildirib ki, fəaliyyətin dayandırılması “Krokus”dakı teraktla bağlıdır:
“Çayxana” bağlıdır, bizə də bağlamağımızı söylədilər”.
Qeyd edək ki, “Krokus”da terror aktı ilə bağlı ittiham olunan 32 yaşlı aşpaz və iş adamı Əlişir Qasımov iki ay müddətinə həbs olunub. O, 2014-cü ildən Rusiya vətəndaşıdır. Ə.Qasımov 3 otaqlı evini terrorçulara kirayə verməkdə və onlarla münasibət qurmaqda ittiham edilir.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...