Tavuş bölgəsində elə torpaqlar var ki, xəritələrə görə, bizə qaytarılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, dörd kəndin qaytarılması ilə bağlı hələ qərar yoxdur:
“Söhbət iki ölkənin müvafiq komissiyalarının delimitasiya və demarkasiyaya yönəlmiş işindən gedir. Dinamika var, görüşlər keçirilir. Növbəti görüşün nə vaxt olacağını bilmirəm. İndi hüquqi, sənədli proses var, ondan sonra delimitasiya prosesi özü olacaq”, - Sanosyan bildirib.
Nazir bildirib ki, yerli əhalinin qeyri-müəyyənliyinin səbəb bəzilərinin qeyri-müəyyən, anlaşılmaz məlumatlar yaymağa çalışmasıdır:
“Baş nazirin (Nikol Paşinyan – red.) ideyası ondan ibarət idi ki, əgər fikrini bildirə biləcəyi xəbər və ya dəyişiklik olarsa, hətta özü də növbəti görüşə gələ bilər. Həll, dəyişiklik olmadığından, hər gün görüşməyə ehtiyac olmaya bilər. Amma demək olar ki, hər gün ya Voskeparda, ya da vilayət administrasiyasında görüşlər, dəqiqləşdirmələr aparılır”.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...