Bu gün 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb.
BUTA.TV xəbər verir ki, səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.
Öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər. Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər.
Həmçinin şəhid ailələri Xocavənd rayonuna da gedəcəklər.
Qeyd edək ki, ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...