“Mən bu cahana sığmazam” Türkiyədə çox izlənən serialdır. Seriala çəkiləndən sonra ətrafımdan, hətta tanımadığım insanlar tərəfindən çox müsbət reaksiyalar gördüm.
Kult.az xəbər verir ki, bunu Teleqraf.com-a müsahibəsində aktyor Elşən Orucov deyib.
“Təbii ki, azərbaycanlının seriala çəkilməsi, orada Azərbaycan dilində danışması və sair gözəl haldır. Türkiyədə bizim şivəmizi çox sevirlər. Çəkilməmişdən öncə ən böyük arzum "Mən bu cahana sığmazam" serialının bir bölümünün Qarabağda çəkilməsi idi. Serialda Qarabağa həsr edilən mövzuları görmüşdüm. Ozan Akbaba yaxın dostumdur. Oqtay Kaynarca ilə də yaxşı münasibətimiz formalaşdı. Bir qarabağlı və azərbaycanlı kimi onlara istəyimi bildirdim. Oqtay Kaynarca istəyimi çox gözəl qarşıladı. Mən Mədəniyyət Nazirliyinə müraciət etdim, təklifi müsbət qarşılandı və razılıq verildi. İnşallah, qismət olar, serialın bir bölümünü Qarabağda çəkərik. Fikirləşirəm ki, çox yaxşı bir hal olacaq. Hələlik danışıqlar gedir. İnşallah, yaxşı nəticə olacaq”, - aktyor bildirib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...