Transfer işləri ilə agentim məşğul olur. Mənim təkliflər barədə məlumatım yoxdur.
BUTA.TV xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.
Juninyo “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra “Qarabağ”la Azərbaycan çempionu olması barədə danışıb:
“Bu, peşəkar idmançı kimi birinci titulumdur və mənə əlavə sevinc bəxş edir. Hər mövsümdən əvvəl klub qarşısına hədəflər qoyur. Bu qədər erkən çempionluq gözləmirdim. Amma planımızda titula sahib çıxmaq var idi”.
Qeyd edək ki, "Qarabağ" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək vaxtından əvvəl çempion titulunu rəsmiləşdirib.
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri