Roma Papası Fransisk Rusiya və Ukrayna arasında “hamnın hamıya” prinsipinə əsasən əsirlərin mübadiləsinə və israillilərlə fələstinlilər arasında atəşkəsə çağırıb.
BUTA.TV xəbər verir ki, Papa bu çağırışını ənənəvi Pasxa mesajında edib.
“Fikirlərim ilk növbədə İsrail və Fələstində, eləcə də Ukraynada baş verən münaqişələrdən başlayaraq dünyada baş verən çoxsaylı münaqişələrin qurbanlarına yönəlir. Qoy Məsih bu bölgələrin əzab çəkən əhalisi üçün sülh yolunu açsın. Beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağıraraq, Rusiya və Ukrayna arasında bütün məhbusların universal mübadiləsinə ümid edirəm”, - Papa bildirib.
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri
- Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?