Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi postuna namizədliyini irəli sürən Niderlandın baş naziri vəzifəsini icraçısı Mark Rutte ilə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, müzakirə zamanı Ərdoğan Rutteyə bildirib ki, Ankaranın alyansın gələcək baş katibi ilə müəyyən gözləntiləri var.
"Görüş zamanı Türkiyə ilə Niderland arasında ikitərəfli əlaqələr və NATO-nun yeni baş katibinin müəyyənləşdirilməsi prosesi müzakirə olunub. Ərdoğan bu vəzifəyə namizəd olan Rutteyə Türkiyənin yeni baş katiblə bağlı gözləntilərinin olduğunu bildirib.
Ərdoğan qeyd edib ki, AB üzvü olmayan müttəfiqlərin maraqları nəzərə alınmalıdır", - ofisdən bildirilib.
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri
- Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?