Rusiyanın genişmiqyaslı hücumundan sonra Kiyevin ətrafında yüzlərlə kilometr istehkam və bir neçə müdafiə halqası tikilib.
BUTA.TV xəbər verir ki, bu barədə Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.
"Bir il ərzində bu vəzifədə biz çox böyük iş görmüşük. Bu, təxminən 1000 kilometr istehkam, Kiyevin üç müdafiə halqasıdır. Biz Çernobıl istiqamətini çox gücləndirmişik. Düşmənin qəfil hücum variantlarının qarşısını almaq üçün müdafiə istehkamları artırılıb”, - deyə o vurğulayıb.
Quru Qoşunları komandanının sözlərinə görə, bu gün paytaxtın müdafiəsi qurulur və möhkəmlənir.
"Artıq uzunmüddətli beton istehkamlar tikilir. Çünki belə qonşuya sahib olan ölkə müharibəyə daim hazır olmalıdır. Ukraynanın mövcudluğu Kiyevdən asılıdır", - deyə Pavlyuk əlavə edib.
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri
- Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?