Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyip Ərdoğan prezident seçkisində olduğu kimi, bələdiyyə seçkisində də faktiki rəqiblərinə qarşı kampaniyanı təkbaşına apardı, şəhərləri gəzdi, meydanlarda nitqlər söylədi. Ancaq bu dəfə alınmadı. Ərdoğanın keçmişdə partiyası üçün işlətdiyi “metal yorğunluq” ifadəsi həyata vəsiqə qazandı.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri haqda qeyd edib.
O bildirib ki, h0akim Ədalət və İnkişaf Partiyası liderliyi əzəli rəqibi Cümhuriyyət Xalq Partiyasına verdi:
“Ərdoğanın hakim partiyanı silkələməsi lazımdır, əks halda Cümhuriyyət Xalq Partiyasının 2028-ci il prezident seçkilərində qələbə şansı artacaq. Ərdoğan həmin seçkidə iştirak etməyəcək, Mənsur Yavaşın Ankarada, Əkrəm İmamoğlunun İstanbulda bələdiyyə seçkisində böyük fərqlə qələbəsindən sonra CHP-nin prezident seçkisində ən azı iki güclü namizədi var. Onlardan biri prezidentliyə iddialıdır. Hakim Ədalət və İnkişaf Partiyasının növbəti prezident seçkisində Ərdoğan qədər xarizmatik lideri olmasa, qələbə şansı azalacaq”.
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri
- Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?