“20 Yanvar” metrostansiyasının yaxınlığındakı binadan "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri və bayraq götürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən binada təmir-bərpa işləri aparılır:
“Yazılar təmirlə əlaqədar olaraq götürülüb və işlər yekunlaşandan sonra bərpa ediləcək”.
Qeyd edək ki, sözügedən binada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzi fəaliyyət göstərir.
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri
- Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?