İran təcavüzkara necə reaksiya verəcəyinə və cəzalandırılacağına özü qərar verəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumuna reaksiyasında deyib.
Kənani hücumu beynəlxalq qanunların kobud şəkildə pozulması adlandırıb:
“Bu hərəkət beynəlxalq ictimaiyyət tərəfindən ən sərt şəkildə pislənilməli və təcavüzkara qarşı tədbirlər görülməlidir”.
O vurğulayıb ki, hücum və onun nəticələrinə görə məsuliyyət təcavüzkar İsrail rejiminin üzərinə düşür.
Qeyd edək ki, İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb, həmçinin iranlı diplomatlarında öldüyü bildirilir.
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri
- Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?