Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistanda aparılan islahatlara, demokratiya və iqtisadiyyata həsr olunacaq. Görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Brüsseldə keçiriləcək danışıqlara Azərbaycan tərəfinin dəvət edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Bu görüş Ermənistanda gedən islahatlara, ölkənin demokratiyasına, iqtisadiyyatına və canlılığına həsr olunub. Həmin görüşdə sülh prosesi müzakirə mövzusu deyil. Bu, iqtisadiyyatın şaxələndirilməsi, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərini müzakirə etmək üçün ABŞ, AB və Ermənistan arasında görüşdür. Bu məsləhətləşmənin regional diqqəti yoxdur”, - Miller bildirib.
Qeyd edək ki, görüşün 5 apreldə keçirilməsi nəzərdə tutulub.
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi